Oğuzda dörd aylıq uşaq öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |    

Oğuzda dörd aylıq uşaq öldü

Oğuzda dörd aylıq uşaq ölüb.

Dünən Oğuz Mərkəzi rayon Xəstəxanasına dörd aylıq qız uşağı gətirilib.

Uşaq xəstəxanaya ağır vəziyyətdə daxil olub. Həkimlər bütün zəruri müdaxilələri edərək uşağı komatoz vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndəriblər.

Şəki Birləşmiş Uşaq Xəstəxanasından saytımıza verilən məlumata görə, uşağın xəstəxanaya meyiti gətirilib:

“Uşaq ağır vəziyyətdə bizə göndərilən zaman yolda dünyasını dəyişib. Təcili Tibbi Yardım maşını uşağı ölü vəziyyətdə xəstəxanaya gətirib”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaq Oğuz Mərkəzi rayon Xəstəxanasına komatoz vəziyyətdə daxil olub:

“Uşağa baxış keçirilən zaman beyinə qansızma diaqnozu qoyulub. İlkin tibbi yardımlar göstərilib. Vəziyyətində irəliləyiş olmadığı üçün Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Lakin uşaq xəstəxanaya çatmamış yolda dünyasını dəyişib”.

Hadisə yerinə Şəki rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 242 13.03.19 16:12