Sumqayıtda gənc oğlan tonqala odun atmaq üçün çıxdığı yüksəklikdən yıxılaraq ağır zədə alıb.
Şəhər sakini Rauf Həsənquliyev dünən axşam saat 21:00 radələrində xəstəxanaya gətirilib.
Xəstəxanadan verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq səhər saatlarında pasiyent dünyasını dəyişib:
“Xəstəxanaya gətirilən zaman vəziyyəti yaxşı deyildi. Başından güclü travma almışdı. Bədənində müxtəlif nahiyələrində zədələr var idi. Xəstə bu gün səhər saatlarında dünyasını dəyişib”.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az