Şəmkirdə ana doğuşdan sonra dünyasını dəyişib.
Hadisə dünən rayonun Çinarlı qəsəbə xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Xəstəxanadan verilən məlumata görə, əslən Samux rayonundan olan Qaraçəmirli kənd sakini, 1983-cü il təvəllüdlü İbrahimova Nuridə Nəsib qızı dünən saat 18:00-da doğuş üçün xəstəxanaya müraciət edib:
“Qadın üçüncü dəfə ana olurdu. Özünün dediyinə görə, əvvəlki doğuşları bir qədər çətinliklə keçirib. Amma bu doğuş rahat keçdi. Saat 20:00-da artıq uşaq dünyaya gəldi. Uşağın çəkisi dörd kiloqram, boyu 51 sm olub. Üç dəfə müayinədə uşağın oğlan olduğunu desələr də, qız uşağı doğulub.
Bir az onda həyəcanlanmışdı. Amma doğuşdan sonra vəziyyəti yaxşı idi. Yemək yedi, palataya köçürüldü. Bir neçə saat sonra halının pisləşdiyini dedi. Əlimizdən gələni etsək də, saat axşam saat 10:00-11:00 radələrində ana dünyasını dəyişdi”.
İlkin ehtimallara görə, qadın tromb-embaliya nəticəsində dünyasını dəyişib.
Məlumatla əlaqədar Şəmkir rayon Prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hadisə şahidlərinin ilkin izahatları alınıb və müvafiq ekspertiza təyin edilib.
//oxu.az