Median.Az xəbər verir ki, martın 8-i saat 22 radələrində Qax rayonunun Qıpçaq kəndi ərazisində, Xaçmaz rayon sakini M.Məmmədrəhimovun idarə etdiyi “QAZel” markalı mikroavtobusla Balakən rayon sakini S.Qurbanovun idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomaşın toqquşub.
Nəticədə M.Məmmədrəhimov hadisə yerində ölüb, onun sərnişini Mərkəzi rayon xəstəxasına yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.