Median.Az xəbər verir ki, martın 8-i saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində, kənd sakini R.Kazımovun idarə etdiyi “VAZ-2106” və M.Şahbazoğlunun idarə etdiyi “İveco” markalı avtomobillər toqquşub.
Nəticədə R.Kazımov və sərnişini, həmkəndlisi Elxan Cəlilov hadisə yerində ölüb, digər 2 sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.