Bakıda azyaşlı dəm qazından boğulub.
Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25a ünvanında baş verib.
Həmin ünvanda yaşayan, 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu evin yataq otağına qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.
Həmin vaxt uşağın valideynlərinin də otaqda olmasına baxmayaraq, onların sağlamlığına zərər dəyməyib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır.