Goranboy rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Səmədabad kəndində baş verib.
Ümumi sahəsi 90 m² olan birmərtəbəli, ikiotaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi, 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib.