Median.Az xəbər verir ki, fevralın 22-də Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində, Beyləqan rayon sakini K.Orucovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Bakı şəhər sakini V.Şamilovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.
Nəticədə K.Orucovun sərnişini, Beyləqan rayon sakini F. Şükürov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.