Median.Az xəbər verir ki, fevralın 20-i saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində, Zaqatala şəhər sakini F.Bayramlı idarə etdiyi “Toyota” markalı avtomobillə kənd sakini S.Süleymanovanı vurub.
Nəticədə Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.