Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo-nun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.
Məlumata görə, X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.
Faktla bağlı araşdırma aparılır.