Median.Az xəbər verir ki, fevralın 14-də Xətai rayonu ərazisində, Bakı şəhər sakini E.Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobillə Tərtər rayon sakini İ.Həsənovun idarə etdiyi “İveco” markalı avtobus toqquşub.
Nəticədə E.Məmmədov hadisə yerində ölüb.
Bundan başqa, fevralın 14-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində, qəsəbə sakini T.Kərimlinin idarə etdiyi “Toyota” və Quba rayon sakini Ə.Nəsrullayevin idarə etdiyi “VAZ-21213” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Nəsrullayev hadisə yerində keçinib, onun bir sərnişini xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.