Bakıda taksi sürücüsü sükan arxasında dünyasını dəyişdi - VİDEO
Heydər Əliyev prospektində sürücü sükan arxasında ölüb.
Təxminən 60-65 yaşlarında olan taksi sürücüsü həyat yoldaşı ilə birlikdə hərəkətdə olarkən özünü piss hiss etdiyini deyib və avtomobili saxlayıb.
Daha sonra ətrafda olan polis əməkdaşları təcili tibbi yardım çağırıblar.
Hadisə şahidi Qismət Kərimovun verdiyi məlumata görə, təcili tibbi yardım gələnə kimi taksi sürücüsü keçinib.
Onun sözlərinə görə, təcili tibbi yardım maşını gec gəlib.
Taksi sürücüsünün ürəktutmadan vəfat etdiyi deyilir.
//oxu.az
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!