Median.Az xəbər verir ki, fevralın 13-ü saat 16 radələrində Ağdaş şəhəri ərazisində, şəhər sakini H.Azəri idarə etdiyi “VAZ-21013” markalı avtomobili qarşıda gedən Zaqatala rayon sakini Ş.Məmmədovun idarə etdiyi ekskovatora vurub.
Nəticədə ağır xəsarətlərlə Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş H.Azəri orada ölüb.
Ağdaş RPŞ-də faktla bağlı araşdırma aparılır.