Sumqayıt-Bakı qatarı qadını vurdu - Relsin üstü ilə gəzirmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |     17:50 Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir  |     17:25 Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb  |    

Sumqayıt-Bakı qatarı qadını vurdu - Relsin üstü ilə gəzirmiş

Sumqayıt-Bakı istiqamətində hərəkət edən sürət qatarı qadını vurub.

Bu barədə oxu.az-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Hadisə qatarın Xırdalan şəhəri ərazisindən keçən hissəsində, dünən səhər saatlarında baş verib.

Polis və prokurorluq orqanları Xırdalan şəhəri ərazisində hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayon Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, “Çexkalon” adlanan ərazidə qatar relsinin üstü ilə gedərkən Sumqayıtdan Bakıya gələn “Ştabler” markalı sürət qatarının vurması nəticəsində həyatını itirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmiryolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 378 13.02.19 11:57