Cəlilabad rayonunda sahibkar intihar edib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Axundov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Sulduz oğlu Quliyev yaşayış evlərinin həyətindəki tikilidə özünü asaraq intihar edib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.
R.Quliyev rayon ərazisində market sahibi olub.
Faktla bağlı araşdırma aparılır.