Median.Az xəbər verir ki, Səbail RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Bəxtiyar Əliyevi (1980-ci il təv.) saxlayıblar.
Müəyyən edilib ki, o yanvarın 27-i saat 22 radələrində Badamdar qəsəbəsində sərxoş halda idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhər sakini Zahid Əhmədovu (1939-cu il təv.) vurub və hadisə yerindən yayınıb. Nəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
B.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib.