Median.Az xəbər verir ki, yanvarın 27-i saat 21 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Vəli Dəmirov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili aşırıb.
Nəticədə sərnişinlər - sürücünün arvadı Pircəxanım, Abşeron rayon sakini Elmira Əli və paytaxt sakini Elnarə Həşimova hadisə yerində ölüblər, özü və daha bir sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.