Balakən rayonunda iki yaşlı körpə göldə boğulub.
Median.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində baş verib.
Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış süni gölə düşərək boğulub.
S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.