Median.Az xəbər verir ki, yanvarın 20-də Maştağa qəsəbəsində, Bakı şəhər sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Ravil Əliyevi vurub.
3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmiş R.Əliyev ayın 25-də orada ölüb.
Sabunçu RPİ-də faktla bağlı araşdırmalar aparılır.