Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.
Hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.
Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır...oxuşaz