Yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub, və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.