Median.Az xəbər verir ki, yanvarın 21-də Şəki şəhərində, şəhər sakini Tərlan İsgəndərov idarə etdiyi “VAZ-21061” markalı avtomobili yolun kənarındakı divara vurub.
Nəticədə T.İsgəndərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, sürücü orada ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.