Median.Az xəbər verir ki, Qaradağ rayonun Səngəçal qəsəbəsi ərazisində, Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomaşınlar toqquşub, sonradan idarəetməni itirmiş "Daewoo" Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomaşına çırpılıb.
Nəticədə İ.Qəniyev və sərnişini Çimnaz Gülmalıyeva hadisə yerində ölüblər, daha 3 sərnişini xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.