Yasamal rayonu ərazisində kişi özünü eyvandan ataraq intihar edib.
Hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 345 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü İlyas Əsəd oğlu Quliyev 8-ci mərtəbədən özünü atıb. Nəticədə, o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.//oxu.az