Şəkidə kişi özünü yandıraraq intihar edib.
Şəki rayon Prokurorluğundan oxu.az-a verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.
1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev üzərinə neft məhlulu tökərək yandırıb. Aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.