Median.Az xəbər verir ki, yanvarın 9-da Türkan qəsəbəsində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.
Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.