Median.Az xəbər verir ki, yanvarın 2-i saat 19 radələrində Bərdə şəhərində, şəhər sakini Elimdar Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub.
Nəticədə E.Məmmədov və bir sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Tibbi yardımlara baxmayaraq, sürücü orada ölüb.
RPŞ-də faktla bağlı araşdırma aparılır.