Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
“Mercedes” markalı, 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan “VAZ 21015” markalı, 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
Nəticədə “VAZ”ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.