Bakıda qadın əsəbiləşərək dərman içib.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Rayon sakini, 1987-ci il təvəllüdlü Şahvələdova Məlahət Nadir qızı Famil adlı tanışı ilə mübahisə edib. Famil adlı şəxs ona yalan vədlər verərək onun hissləri ilə oynadığından qadın əsəbiləşərək "Majezik" adlı ağrıkəsici həbindən 6-7 ədəd içib.
Nəticədə qadın zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.