Bakı şəhərinin Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Nobel prospektində 1994-cü il təvəllüdlü Asif Hacıyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan şəxsləri vurub. Ağır xəsarət alan İsmayıllı rayon sakinləri Vüqar Mahmudovla Dəmir Qasımov xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin bazu sümüyünün qırıldığı məlum olub.
Bildirilir ki, əzanı törədən 24 yaşlı A.Hacıyev polis əməkdaşıdır və yeni işə düzəlib.
Faktla bağlı araşdırma aparılır.
///Publika.az