Median.Az xəbər verir ki, sentyabrın 28-i saat 19 radələrində 18-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Sevil İbrahimova vurulub. Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) yerləşdirilmiş piyada sentyabrın 30-da orada ölüb.
Yol-nəqliyyat hadisəsini törədən “Toyota” markalı avtomobilin sürücüsü, şəhər sakini Elçin Allahverdiyev Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.