Median.Az xəbər verir ki, sentyabrın 23-də Abbaslı kəndi ərazisində rayon sakini Yalçın Babayevin idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Elvin Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Y.Babayev və bir sərnişini hadisə yerində ölüb, daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.