Median.Az xəbər verir ki, sentyabrın 20-i saat 18 radələrində Nobel prospektində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
Nəticədə sürücü və sərnişinləri - Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Hafiz Bilalov hadisə yerində ölüblər.
Xətai RPİ-də faktla bağlı araşdırma aparılır.