Bakının Suraxanı rayonunda 54 yaşlı şəxs su quyusuna düşüb.
Median.Az-ın FHN-ə istinadən məlumatına görə, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda su quyusunda aşkar edilmiş 1964-cü il təvəllüdlü Nuriyev Emin Rüstəm oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Nuriyevin meyitini dərinliyi, təqribən, 6 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.