Median.Az xəbər verir ki, sentyabrın 3-ü gecə saat 1 radələrində Lökbatan qəsəbəsində, qəsəbə sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ-də faktla bağlı araşdırma aparılır.