Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.
Məsələ ilə bağlı saytımıza danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: "Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”.
Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: "Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”.
Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var.
///BakuPost