Fövqəladə Hallar Nazirliyi dünən Lerik rayonunda boğulduğu iddia edilən gənclər barədə açıqlama verib.
FHN-dən verilən məlumata görə, hadisə Daşkəsən rayonunda süni yaradılan “Daşbulaq” gölündə baş verib:
“Avqustun 10-da 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun süni göldə batması ilə FHN-nin “qaynar xətt”inə məlumat verilib. Aran Dalğıc Qrupunun xilasediciləri göldə xilasetmə əməliyyatına başlayıb və həmin şəxsin cəsədi sudan çıxarılaraq, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib”.
Məlumatda qeyd edilib ki, göldə bir nəfər batıb:
“Videoda suda boğulan şəxsə köməyə gedən gənc batmaq təhlükəsindən xilas olub”.
Qeyd edək ki, dünən hadisə barədə videonu Unikal.org saytı yayıb.