Almaniyadan Azərbaycana qonaq gələn uşaq zəhərlənib.
Bunu oxu.az-a açıqlamasında Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, azərbaycanlı ailə Almaniyada yaşayır:
“Hacıqabula qonaq gediblər. Orada beş yaşlı Abbasov Nicat Samir oğlu heyvanları təmizləmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib”.
Azər Maqsudov qeyd edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb:
“Uşağın səhhəti normal olub. Heç bir problem yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparıb”.