Bakıda ərəb turist dünyasını dəyişib.
Nərimanov rayonu ərazisindəki “Caspian Business” hotelindən oxu.az-a bildiriblər ki, İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin vəziyyəti qəflətən pisləşib.
O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.