Lənkəranda doğuş zamanı körpə və ana ölüb.
Bunu oxu.az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.
Onun sözlərinə görə, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə bu gün doğum şöbəsində vəfat edib.
Əbülfət Məmmədov qeyd edib ki, qadın qanaxmadan dünyasın dəyişib:
“Dünən ana ölü oğlan uşağı dünyaya gətirib. Bu gün isə səhər saat 09:00 radələrində özü vəfat edib”.
Faktla bağlı araşdırma aparılır.