Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib.
Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib.
Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.