Bakıda ötən gün axşam saatlarında Pirşağı çimərliyində dənizdə batan şəxslərin adları məlum olub.
Median.Az APA-ya istinadla xəbər verir ki, onlar – 1997-ci il təvəllüdlü Əli Rüstəm oğlu Əbdürrəhmanov, 1998-ci il təvəllüdlü Nizami Namiq oğlu Qasımov və 1991-ci il təvəllüdlü Hüseyn Muxtar oğlu Kərimovdur.
Xilasedicilər onlardan ikisinin – Ə. Əbdürrəhmanov və N. Qasımovun meyitlərini taparaq sudan çıxarıb. H. Kərimovun axtarışları davam etdirilir.
* * * * *
Bakının Sabunçu rayonunda dənizdə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 kilometr aralıda nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən üç nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi cəsədi aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-a bildiriblər ki, cəsədlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.