Bərdə rayonunda iki gənc göldə boğularaq ölüb.
Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Türkman kənd sakinləri - 2002-ci il təvəllüdlü Hacıyev Təhmasib İldırım oğlu və onun dostu, 2004-cü il təvəllüdlü Tahirov Sahil Sahib oğlu Tərtər çayının rayon ərazisindən keçən hissəsində, çayın ətrafında yaradılmış süni göldə çimərkən boğulublar.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.