Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Median.Az APA-ya istinadla xəbər verir ki, ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır.
Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.
Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
* * * * * (01.07)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub.
Median.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.