Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.
Median.Az "report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.