Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.
Median.Az “lent.az”a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.
Faktla bağlı araşdırma aparılır.