Cəlilabad rayonunda 2 yaşlı uşaq dondurma yeməsi nəticəsində ölüb.
Report xəbər verir ki, mayın 2-də, 2016-ci il təvəllüdlü Əli Allahverdi oğlu İsmayılovun dondurma yedikdən sonra boğazı şişib. Uşaq halsızlıq və yüksək tempraturla Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Uşağa ilkin tibbi yardım göstərilib və o evə buraxılıb. Lakin bu gün uşağın yenidən halı pisləşib və yaxınları onu Cəlilabad Uşaq Xəstəxanasına aparıb. Xəstəxanada uşağın öldüyü məlum olub.
Ə.İsmayılovun yaxınları azyaşlının xəstəxanada keçindiyini bildirsələr də, həkimlərin dediyinə görə uşaq xəstəxanaya gətirilərkən yolda keçinib.
Uşağın meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.