Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.
Median.Az xəbər verir ki, “Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, martın 27-si gecə saatlarında Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki yaşayış olmayan yarımtikilidə yanmış qadın meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və məhkəmə-tibbi ekspertiza şöbəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, yanan qadın 1956-cı il təvəllüdlü Nina Mamedovadır. Belə ki, tüfeyli həyat tərzi keçirən qadın sərxoş halda yaşayış olmayan yarımtikilidə ocaq qalayıb və qızınmaq istəyib.
Ancaq yüksək dərəcədə alkoqollu içki qəbul etdiyindən yuxulayıb və ocağın üstünə yıxılıb. Nəticədə məlum hadisə baş verib.