Beyləqanda ər və arvadı dəm qazından zəhərləniblər.
Median.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov dəm qazından zəhərlənərək ölüb, arvadı, 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.