Bakının Xətai rayonunda yeniyetmə qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, 2009-cu il təvəllüdlü Fidan Zaur qızı Nəzərli yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.